Açılış mərasimində Yaponiyanın Azərbaycandakı səfiri cənab Shusuke VATANABE, Yaponiyanın Azərbaycandakı səfirin xanımı Atsuko VATANABE, Yaponiyanın Azərbaycandakı səfirliyin əməkdaşı xanım Yoşiko OZAVA, Göyçay rayon İcra Hakimiyyətinin başçısı cənab Mənsur MƏMMƏDOV, Sabirabad rayonu 63 saylı birinci seçki dairəsindən Milli Məclisə seçilmiş deputat cənab Ceyhun OSMANLI, 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən Milli Məclisə seçilmiş deputat cənab Şəmsəddin Hacıyevin köməkçisi cənab Ehtiram ŞIXƏLIYEV, Göyçay Mərkəzi Rayon Xəstəxanasının baş həkimi cənab Famil ZEYNALOV, Göyçay bələdiyyəsinin sədri cənab Azad MAHMUDOV və digər hörmətli qonaqlar, tibb kollektivi iştirak etmişdir.
Əvvəlcə layihənin icraçı təşkilatın nümayəndəsi Vüsal Mirzəyev ötən 6 ay ərzində həyata keçirilmiş işlər və ayrılmış maliyyə vəsaiti haqqında mərasim iştirakçılarına məlumat vermiş, bildirmişdir ki, həyata keçirimiş işlər Yaponiyanın Azərbaycandakı Səfirliy ilə Yerli İdarəetməyə Yardım İctimai Birliyi arasında 28 sentyabr 2010-cu il tarixində imzalanmış qrant müqaviləsi çərçivəsində həyata keçirilmişdir. O, bu kimi layihələrin həyata keçirilməsinin 2 ölkə xalqları arasında mövcud olan xoş münasibətlərin kiçik təcəssümü olduğunu bildirmişdir. Daha sonra Göyçay rayon İcra Hakimiyyətinin başçısı cənab Mənsur Məmmədov Göyçay rayonu üçün əlamətdar olan bu gün münasibəti ilə rayon ictimaiyyətini təbrik etmiş və bu layihənin həyata keçirilməsinə maliyyə dəstəyi göstərmiş Yaponiya Hökümətinə və onun Azərbaycandakı səlahiyyətli nümayəndəsi cənab Səfirə təşəkkürünü bildirmişdir. Milli Məclisin deputatı cənab Ceyhun Osmanlı bu kimi layihələrin 2 mehriban xalqlar arasında münasibətlərin daha da dərinləşməsinə xidmət etdiyini və bu munasibətlərin güclənməsinin təşəbbüskarı olan Yerli İdarəetməyə Yardım İctimai Birliyinə təşəkkürünü bildirmişdir. Göyçay Mərkəzi rayon Xəstəxanasının baş həkimi cənab Famil Zeynalov ölkədə aparılan islahatlara dəstək olaraq bu cür layihələrin icrasını yüksək qiymətləndirdi və region əhalisi üçün əhəmiyyətini qeyd etdi. O, yenidən təmir edilərək istifadəyə verilən binanın bütün texniki avadanlıqlarının yenidən alınaraq təchiz edildiyini və buna görə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə öz minnətdaqrlığı dilə gətirdi. Sonda Yaponiyanın Azərbaycandakı səfiri cənab Shusuke Vatanabe Göyçay rayonunda görülmüş işdən məmnunluğunu və əməkdaşlığın davam etməsində maraqlı olduğunu bildirdi.
Daha sonra rəmzi qırmızı lent kəsilərək görülmüş işlərə baxış keçirilmişdir. Tədbirin sonunda qonaqlarında iştirakı ilə xatirə şəkli çəkilmişidir.