Geniş yayılmış təsəvvürlərin əksinə olaraq, gözəl kişi və qadınlarda intellektual inkişaf əmsalı gözəl olmayan adamlarla müqayisədə daha yüksək olur. London İqtisadiyyat Məktəbinin bir qrup aliminin apardığı çoxillik araşdırmaları nəticəsində bəlli olub ki, zahiri görünüşləri daha cazibədar kişilərlə qadınlar tədris prosesində daha uğurlu olur, həyatda daha böyük nailiyyətlər əldə edirlər.
"Bunun səbəbi gözəl və ağıllı insanların bir-birini cəlb etməsindədir. Onlar valideynlərindən gözəlliklə yanaşı, biliklərə marağı da əxz edirlər", - alimlər bildirib. //milli.az