Güllədən sürətli avtomobil – VİDEO-FOTO

MARAQLI
13:25 09.02.2011
2177

Yeni yaradılacaq «avtomobil-təyyarə» sürətinə görə nəinki mövcud rekordları qıracaq, hətta… «Revolver» gülləsindən sürətlə hərəkət edəcək.

«Bloodhound SSC» adlı avtomobilin layihəsi üzərində 3 il idi ki, iş aparılırdı. Nəhayət, o, istehsala hazırdır. İlin sonunda onun sınağının keçirilməsi nəzərdə tutulub.
Layihənin rəhbəri bildirir ki, yeni «təyyarə-avtomobil»in mühərriki… 135 min at gücündə olacaq. O, bəzi qırıcıların təchiz olunduğu mühərriklə işləyəcək. Qeyd edək ki, hazırda bu sahədə rekord saatda 1228 kilometr sürəti 30 saniyəyə yığan «Thrust SSC»ə məxsusdur. Yeni maşının onu geridə qoyacağı bildirilir.//milli.az


 

 

 

 

 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR