AZXEBER.COM “MilAz”-a istinadən bildirir ki, əsgərin günvurmadan vəfat edildiyi barədə məlumat yayılsa da, Müdafiə Nazirliyi bunu təkzib edib.
İyulun 24-ü günorta saatlarında vəfat edən mərhum Fərrux Hüseynov Mədət oğlu Qazax rayon Hərbi Komissarlığından bu ilin iyul ayında hərbi xidmətə çağırılıbmış.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev verdiyi açıqlamasında Fərrux Mədət oğlu Hüseynovun ölüm faktını təsdiqləyib. Lakin onun sözlərinə görə, hadisə günvurma səbəbindən baş verməyib. Hazırda tibbi-ekrspertiza gənc əsgərin ölüm səbəbini araşdırır.
Mərhum əsgər Fərrux Hüseynov Sumqayət Dövlət Universitetinin məzunu olub və ali məktəbi Mühasibat uçotu və audit ixtisası üzrə bakalavr kimi bitirib.
Facebbok sosial şəbəkəsindəki səhifəsində (https://www.facebook.com/profile.php?id=100001656856154&sk=wall)
yerləşdirdiyi şəkillərdə çox şən və bədəncə cüssəli görünən Fərrux ən son statusunda dostlarına onlarla bir də 1 ildən sonra görüşəcəyini yazıb. Lakin o, yəqin ki, özü də bilməyərək, xitab edərkən "hələlik" yox, "millət, əlvida" yazıb. Görünür, onun taleyinə öncədən həyata əlvida edəcəyi yazılıbmış.