Gürcüstanda Azərbaycan və Ermənistan komandaları arasında qalmaqal baş verdi

Gürcüstanda Azərbaycan və Ermənistan komandaları arasında qalmaqal baş verdi
MARAQLI
08:07 04.08.2011
1990
Bu açıqlamanı APA-ya Gürcüstanda keçirilmiş Cənub Qafqaz üzrə “breyn-rinq” intellektual oyunlarında Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri Balaş Qasımov verib. 

Onun sözlərinə görə, onlarla komandanın qatıldığı yarışa Ermənistan komandasının üzvləri üzərində “Artsax-Alko” loqotipi olan köynəklərdə qatılıblar. Azərbaycanlı iştirakçılar və yarış təşkilatçıları bu köynəkləri çıxarmağı tələb etsələr də, ermənilər “Artsax-Alko” şirkətinin komandanın sponsoru olduğu bəhanə edərək köynəyi çıxarmaqdan imtina ediblər: “Belə olan halda biz dərhal üzərinə “Эриванское ханство. Азербайджан. Since 1604” sözləri yazılmış köynəklər sifariş edib, yarışa o köynəklərdə çıxdıq”.

Balaş Qasımov bildirib ki, bu addım ermənilərin isterik reaksiyasına səbəb olub: “Onlar Azərbaycan komandası ilə oynamayacaqlarını bəyan edərək “Breyn-rinqi” tərk etdilər. Təşkilatçılar isə yarışı dayandırmalı oldu”.

Balaş Qasımov erməniləri intellektual yarışı siyasiləşdirmək cəhdində ittiham edərək onların sonda layiqli cavab aldıqlarını deyib: “Hamı, o cümlədən təşkilatçılar gördü ki, hər şey erməni iştirakçılarının siyasi təxribatı ilə başladı. Təbii ki, biz bunu cavabsız qoymadıq. Etiraf edim ki, İrəvanın tarixi keçmişi ilə bağı gediş erməniləri şoka saldı və onlar nə edəcəyini bilməyərək yarışı tərk etməli oldular”.

Qeyd edək ki, iyulun 29-31-də Batumidə Cənub Qafqaz üzrə “breyn-rinq” intellektual oyunları keçirilib. Yarış Gürcüstan tərəfinin təşkilatçılığı ilə baş tutub. Ermənistan komandasının yarışmaya üzərində “Artsax-Alko” sözləri yazılmış köynəklərlə çıxması səbəbindən yarış yarımçıq qalıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
17:08 18.09.2026
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
16:47 18.09.2026
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
16:38 18.09.2026
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
16:31 18.09.2026
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?