Gələn il də Azərbaycanı "Eurovision"da Eldarla Nigar təmsil edəcək?

Gələn il də Azərbaycanı "Eurovision"da Eldarla Nigar təmsil edəcək?
ŞOU-BİZNES
12:12 04.06.2011
1999
Bu sözləri 56-cı “Eurovision” müsabiqəsində qalib gəlmiş Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal demişlər.

Qaliblər bu fikirlərini Moskvada onların şərəfinə keçirilən ziyafətdən əvvəl jurnalistlərlə görüşlərində bildirmişlər. Azərbaycana qalibiyyət gətirən cütlük Almaniyanı “Eurovision”da iki il dalbadal təmsil etmiş Lena Mayerin hərəkətini təkrarlamaq istəyindədir.

İyunun 4-də 22 yaşını qeyd edən Eldar Qasımov bununla bağlı ona ünvanlanan suallara da cavab vermişdir. Ad günü ərəfəsində kimdən hədiyyə aldığı sualına Eldar “artıq xalqımdan hədiyyə almışam” deyə bildirmişdir.

OXŞAR XƏBƏRLƏR