Hadisə İzmir şəhərində baş verib və dost-tanışları da zaqsa gedən cütlüyü velisipedlə müşayiət edib. Məlumata görə, hər ikisi həkim olan Səma Berktaş və İlker Akın keçən il Kapadokya velosiped festivalında tanış olublar. Bir müddət sonra ailə qurmağa qərar verən cütlük nikahlarını rəsmiləşdirmək üçün bələədiyyə nikah salonuna velosipedlə gedib.
Velosipedlər isə adi gəlin maşını kimi şarlarla və çiçəklərlə bəzədilib. Qeyd edək ki, təzə bəylə gəlin nikah salonuna 50 velosipeddən ibarət korteclə gedib.