G7 ölkələri razılığa gəldilər: Rusiyaya qarşı təzyiqlər davam etdiriləcək

G7 ölkələri razılığa gəldilər: Rusiyaya qarşı təzyiqlər davam etdiriləcək
DÜNYA
10:08 17.04.2023
182
Böyük yeddilik ölkələri Ukraynanı dəstəkləmək və Rusiyaya qarşı sanksiyaları davam etdirmək barədə razılığa gəliblər.

G7 ölkələrinin xarici işlər nazirləri bu barədə Yaponiyada keçirilən sessiyada razılığa gəliblər.

"Böyük yeddilik ölkələri Rusiyaya qarşı sərt sanksiyaları davam etdirəcək və Ukraynaya güclü dəstək verməkdə davam edəcəklər”, - deyə bəyanatda qeyd olunub.

Bundan əlavə, G7 ölkələri Rusiyaya silah tədarük edən dövlətlərə qarşı təzyiqləri daha da gücləndirəcəklərini bəyan ediblər.
OXŞAR XƏBƏRLƏR