G7 ölkələrinin liderləri Yaxın Şərqdə gərginliyin azaldılmasının vacibliyini vurğulayıblar.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər veirr ki, Kanadada keçirilən 51-ci G7 Zirvə toplantısına qatılan liderlər İsrailin İrana hücumları ilə başlayan regional gərginliklə bağlı birgə bəyanat veriblər.
Bəyanatda G7 ölkələrinin Yaxın Şərqdə sülh və sabitliyə sadiqliklərini davam etdirdikləri vurğulanaraq, "Bu kontekstdə İsrailin özünümüdafiə haqqına sahib olduğunu bir daha təsdiqləyir və İsrailin təhlükəsizliyinə dəstəyimizi bir daha bildiririk" deyə qeyd olunub.
Bəyanatda həmçinin mülki şəxslərin müdafiəsinin "vacib olduğu” qeyd edilib və "İran regional qeyri-sabitliyin və terrorun əsas mənbəyidir” iddiası irəli sürülüb.
Bildirilib ki, "İranın heç vaxt nüvə silahı olmayacaq” və "İran böhranının Qəzzada atəşkəs daxil olmaqla, Yaxın Şərqdə gərginliyin azaldılmasına xidmət edəcək şəkildə həllinə çağırırıq”. Yaxın Şərqdəki gərginliyin beynəlxalq enerji bazarlarına təsirlərinin yaxından izləndiyi və "Biz bazar sabitliyini qorumaq üçün həmfikir tərəfdaşlarımız da daxil olmaqla, koordinasiya etməyə hazırıq” ifadəsi işlədilib.
Gülay