G7 ölkələrinin görüşü başladı

G7 ölkələrinin görüşü başladı
SİYASƏT
13:21 19.05.2023
282
"Liderlər Zirvəsi” 3 gün davam edəcək.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Yaponiyanın baş naziri Kişida Fumionun ev sahibliyi etdiyi sammitdə ABŞ, Fransa, İngiltərə, Almaniya, Kanada və İtaliya liderləri iştirak edir. Mayın 21-dək davam edəcək sammitə G7 ölkələri ilə yanaşı, Avropa İttifaqı (Aİ), İndoneziya, Hindistan, Cənubi Koreya, Avstraliya və Vyetnam da dəvət olunub. Ev sahibi Yaponiyanın Baş naziri və xanımı Kişida Yuko Xirosima "Sülh Memorial Muzeyi” nin qarşısında qonaq olan dövlət və hökumət başçılarını qarşılayıblar.

1945-ci ildə atılan atom bombası dövrünə aid 100 mindən çox eksponat və qalıqların nümayiş olunduğu muzey G7 liderlərinin ilk kollektiv səfərinə səhnə olub. Ziyarətdən sonra liderlər Xiroşima qurbanları üçün tikilmiş məqbərəyə gedərək gül çələngləri qoyublar. 

G7 sammitinin  əsas müzakirəsinin Ukrayna müharibəsi olacağı bildirilir. 

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR