G7 nazirləri Ukrayna infrastrukturunun bərpası ilə bağlı razılığa gəliblər

G7 nazirləri Ukrayna infrastrukturunun bərpası ilə bağlı razılığa gəliblər
DÜNYA
19:26 09.07.2023
210
"Böyük Yeddilik” qrupunun (G7) şəhərsalma üzrə nazirləri Yaponiyanın qərbindəki Takamatsu şəhərində başa çatan danışıqlar zamanı Ukrayna infrastrukturunun bərpası üzrə razılığa gəliblər.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Nazirlər, həmçinin istixana qazı emissiyalarının azaldılacağı şəhər mühitinin formalaşmasına töhfə verməyə razılaşıblar.

Qeyd edək ki, mayın 20-də G7 liderlərinin Xirosima sammitinin yekunlarına dair birgə bəyanatında 2030-cu ilə qədər dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına ehtiyac vurğulanır.
OXŞAR XƏBƏRLƏR