G7 xarici işlər nazirləri Kanadada toplanır

G7 xarici işlər nazirləri Kanadada toplanır
DÜNYA
11:48 12.11.2025
65
G7 xarici işlər nazirləri qlobal məsələləri həll etmək və beynəlxalq əməkdaşlığı gücləndirmək üçün Kanadanın ev sahibliyi ilə toplaşırlar.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Kanada hökumətinin açıqlamasına görə, sammitdə Kanada, ABŞ, Fransa, Almaniya, Birləşmiş Krallıq, İtaliya, Yaponiya və Avropa Birliyindən (AB) nümayəndələr iştirak edir.

Ontario ştatının Niaqara bölgəsində keçirilən iki günlük sammitin məqsədi qlobal məsələləri həll etmək və ölkələr arasında əməkdaşlığı gücləndirməkdir.

Kanada xarici işlər naziri Anita Anand jurnalistlərə bildirib ki, bu axşam işgüzar nahar üçün görüşəcəklər.

Anand bildirib ki, onlar Yaxın Şərqdə uzunmüddətli sülh və sabitliyin təmin edilməsi və Hind-Sakit okean regionunda təhlükəsizliyin gücləndirilməsi ilə bağlı məsələləri müzakirə edəcəklər və Haiti və Sudandakı təcili böhranlara cavab vermək kimi vacib prioritetlər üzrə konstruktiv fikir mübadiləsi aparacaqlar.
 
Gülay
OXŞAR XƏBƏRLƏR