"Galatasaray" təhlükə ilə üzləşdi

İDMAN
23:35 21.08.2012
1625

AZXEBER.COM-un Apasport.az saytına istinadən verdiyi məlumata görə, “Cim Bom” “Kasımpaşa”ya 2:1 hesabı ilə qalib gəldiyi ev oyununda texniki məğlubiyyətin alacağı şoku ilə yaşayır.Məsələ ondadır ki, istanbulluların matçın sonuna yaxın oyunçu əvəzləməsi etdiyi zamanı legioner limitinin pozması müzakirə obyektinə çevrilib. Belə ki, matçın 74-cü dəqiqəsində Sərcan Yıldırımla Felipe Melo müvafiq olaraq Həmit Altıntopla Yohan Elmanderə əvəzlənib. Həmitin yerinə braziliyalı Melo girərkən, “Cim Bom” meydanda 7 legioner olub ki, bu da limitin pozulmağı deməkdir. Bu, 73-cü dəqiqə 40-cı saniyədə olub. Bundan 11 saniyə sonra isveçli Elmander yerini Yıldırıma verməyi ilə bağlı komanda yenidən meydanda 6 əcnəbi futbolçu ilə olub ki, bu da qaydalara uyğundur.Ancaq “Qalatasaray”ın yol verdiyi texniki xəta, yəni əslində legionerin legionerlə əvəzlənməyinin düzgün olmağı ona 0:3 hesablı texniki məğlubiyyətin verilməyinin nəticələnəcəyi gözlənilir. Bu, Türkiyə Futbol Federasiyasının verəcəyi qərardan sonra bəlli olacaq.

OXŞAR XƏBƏRLƏR