""Gazelli" zavodunda baş vermiş yanğın söndürülür" - FHN-dən rəsmi açıqlama

""Gazelli" zavodunda baş vermiş yanğın söndürülür" - FHN-dən rəsmi açıqlama
SOSİAL
17:13 19.09.2017
823
Fövqəladə Hallar Nazirliyi "Gazelli" kosmetika zavodunda başlayan yağınla bağlı məlumat yayıb.
 
AZXEBER.COM xəbər verir ki, qurumun Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən BakuPost.az-a verilən məlumata görə, yanğın Xəzər rayonunun Şüvəlan qəsəbəsində adıçəkilən zavodun anbarında baş verib.

Nazirlikdən bildiriblər ki, artıq 1 saatdan çoxdur ki, yanğın davam edir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xeyli sayda canlı qüvvə və texnikaları cəlb edilib.

Hadisə nəticəsində xəsarət alanlar barədə hələ məlumat yoxdur.

Yanğının söndürülməsilə bağlı tədbirlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR