Qəzzada ilk dəfə səhra xəstəxanasının yaradılmasına icazə verildi

Qəzzada ilk dəfə səhra xəstəxanasının yaradılmasına icazə verildi
DÜNYA
07:30 21.11.2023
203
İsrailin hücumları oktyabrın 7-də başlayandan bəri ilk dəfə olaraq Qəzza zolağına səhra xəstəxanası, 170 personal və 40 yük maşını tibbi yardım daxil olub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrailin hücumları nəticəsində yaralanan fələstinlilərin müalicəsi üçün İordaniya tərəfindən göndərilən səhra xəstəxanası 170 personal və 40 TIR tibbi yardımla Qəzza zolağına daxil olub. 

İordaniya tərəfindən edilən açıqlamada səhra xəstəxanasının 41 çarpayılıq olduğu bildirilib.

Qəzza zolağındakı xəstəxanaların baş direktoru Məhəmməd Zaqout yaralıları və xəstələri qəbul etmək üçün cənubdakı Xan Yunisdə səhra xəstəxanasının yaradılacağını bildirib. 

Bölgədəki xəstəxanalara hər gün yüzlərlə yaralının gəldiyini bildirən Zaqout artıq xəstəxanaların keysəriyyə ilə doğum etməli olan xəstələri və qadınları qəbul edə bilməyəcəyini bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR