"Gec-tez Qurban Qurbanov millinin baş məşqçisi olacaq"

"Gec-tez Qurban Qurbanov millinin baş məşqçisi olacaq"
İDMAN
17:51 16.06.2017
1297
Natiq Muxtarlı hesab edir ki, AFFA-nın yanlış siyasəti nəticəsində topa həsrət qalan uşaqların arasında neçə-neçə istedad məhv olur

Futbol üzrə milli yığmamızın baş məşqçisi Robert Prosineçkinin "sükan arxasından" ayrılması iddiası yenidən gündəmə gəlib. Hətta yaxın günlərdə Robert Prosineçkinin AFFA rəhbərliyi ilə görüşəcəyi və müqaviləni vaxtından əvvəl pozacağı bildirilir. Türkiyə mediası yazır ki, baş məşqçi Türkiyənin "Bursaspor" klubuna keçəcək. Təbii, AFFA nümayəndəsi bu məsələyə birmənalı yanaşıb və Robert Prosineçki ilə müqavilələrinin ilin sonuna kimi olduğunu qeyd edib. Sputnik Azərbaycan idman jurnalistlərindən Prosineçki postundan gedərsə, onun əvəzinə kimin gəlməsini daha məqsədəuyğun saydıqlarını soruşub. Rekord.az-ın baş redaktoru Kənan Məstəliyev deyib ki, Prosineçki gedəcəksə, onu müvəqqəti kimsə əvəzləməlidir: "Bir daha təkrar edirəm – müvəqqəti.
 
"Bir nömrəli namizəd" olan Qurban Qurbanova hələ dəymək olmaz. O, "Qarabağ"la ÇL-ə hazırlaşır və fikirlərini iki yerə bölməməlidir. Getməyini istəmədiyim Roberti qısa müddətə əvəzləmək üçün bir neçə mütəxəssisin adını çəkmək olar. Bu, gənclər də ola bilər, sabiq, tanınmışlar da. "Köhnələr"dən Məşqçilər Komitəsinin üzvləri, yenilərdən isə Adil Şükürov, Tərlan Əhmədov və başqaları bu posta gələ bilər". © SPUTNİK / HİKMET ORHUN Gəl də, bu şəraitdə futbolu inkişaf etdir... 10 "Gec-tez Qurban Qurbanov millinin baş məşqçisi olacaq. Ona rahat hazırlıq dövrü təqdim etmək, 2-3 oyunla yormamaq lazımdır" – deyə Kənan Məstəliyev əlavə edib. Apasport saytının baş redaktoru İxtiyar Əsgərov bildirib ki, Prosineçkinin milli komandadan gedəcəyi barədə hələlik rəsmi xəbər yoxdur: "AFFA israrla xorvatiyalı çalışdırıcının 2017-ci ilin sonunadək yığmamızda qalacağını bildirir. Prosineçki özü də həmin vaxtadək Azərbaycanda çalışacağını vurğulayıb. Amma onun gedəcəyi təqdirdə milli komandaya ən layiqli namizəd isə Qurban Qurbanovu görürəm". Kaspi qəzetinin redaktoru Natiq Muxtarlı məsələyə münasibət bildirərkən deyib ki, Robert Prosineçkinin Azərbaycan yığmasının baş məşqçi postundan getməsi yığmanın nəticələrinə ciddi təsir etməyəcək: "Onun yerinə gələcək şəxs də milli komanda ilə uğurlu nəticələrə qazana bilməyəcək. Bu mənada, Prosineçkinin yığmada qalıb-qalmamağının, onu kimin əvəz edib-etməməyinin heç bir əhəmiyyəti yoxdur. Uzaqbaşı, yeni gələn məşqçi 1 xal az və ya çox toplayacaq. Amma görünən odur ki, Azərbaycan yığması böyük turnirlərə vəsiqə əldə edəcək səviyyədə deyil. Bunun günahını isə məşqçilərdə axtarmamalıyıq. Azərbaycan futbolunda uğurlu nəticələrin olması üçün ilk növbədə, AFFA yenidən qurulmalıdır. Peşəkar idarəetmə qabiliyyəti olan, Azərbaycan futbolunun spesifik xüsusiyyətlərini bilən idarəçilərdən ibarət AFFA qurulmalıdır. Bu təşkilatın futbolun inkişafı ilə bağlı düşünülmüş strategiyası olmalıdır".
 
Muxtarlı futbolla bağlı reklam siyasətinin də düzgün olmadığını dilə gətirib: Azərbaycan millisi öz meydançasında məğlub oldu "DÇ-in seçmə mərhələ oyunlarının keçirildiyi stadionlarda SOCAR-ın reklamları yer alır. Amma Masallıda, Tovuzda, Gəncədə, Şirvanda, Sabirabadda, Cəlilabada uşaqlar futbol oynamaq üçün adicə top da tapa bilmirlər. O reklam Azərbaycan futboluna nə verir? Heç nə. Ancaq əvəzində topa həsrət qalan o uşaqların arasında neçə-neçə istedad məhv olur. Ona görə də, ilk növbədə AFFA-ya futbolu bilən prezident rəhbərlik etməlidir, peşəkar idarəetmə strukturu qurulmalıdır. Bütün bunlar olmayana qədər, biz ancaq hansısa məşqçilərin gəlişini və gedişini müzakirə edəcəyik". Komanda saytının baş redaktoru Rəşad Ergün Robert Prosineçkinin getməsini müsbət hal kimi dəyərləndirib: "Ən yaxşı variant xorvat mütəxəssislə elə indi — "Bursaspor"dan ona təklif gəlmişkən vidalaşmaqdır. Hətta AFFA rəsmiləri Türkiyə klubundan müəyyən kompensasiya da tələb edə bilər. Prosineçkini müqaviləsi bitməmiş buraxmağın qarşılığı olaraq". "Bir sözlə, AFFA artıq Prosinekçki "dəftər"ini bağlamalı, yeni dövrə — 2020-ci ildə keçiriləcək Avropa çempionatına hazırlığa başlamalıdır. Və bu hazırlıq əcnəbi mütəxəssisin yox, yerli — "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovun rəhbərliyi altında həyata keçirilməlidir. Zatən Rövnəq Abdullayevin federasiyasının bu gün hansısa tanınmış əcnəbi məşqçiyə verməyə pulunun olduğuna inanmırıq. Berti Foqts, Robert Prosineçki kimi tanınmışlar isə pula gəlir — nəticə pisdir, yaxşıdır, fərq etməz. Onlar Azərbaycan kimi ölkələri pula görə seçirlər. Pul isə… Artıq əvvəlki kimi neft borularımızdan pul axmır" — deyə Ergün bildirib.  


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
06:46 25.05.2025
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
03:26 25.05.2025
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub