Son illərdə 35-40 yaş aralığında olan qadınların ilk dəfə ana olma göstəricilərində nəzərəçarpacaq artım müşahidə olunur.
AZXEBER.COM xəbər verir ki, aparılan araşdırmalar göstərir ki, bu yaş qrupunda ana olan qadınların övladları adətən idrak və düşünmə qabiliyyətini ölçən testlərdə daha yüksək nəticələr əldə edirlər.
Bununla belə, mütəxəssislər qeyd edirlər ki, sözügedən üstünlük bioloji amillərlə deyil, daha çox sosial-iqtisadi faktorlarla əlaqədardır.
Araşdırmaya görə, 35-40 yaşlarında ana olan qadınlar əksər hallarda təhsillərini tamamlamış, karyeralarında müəyyən sabitlik əldə etmiş və maddi vəziyyətlərini gücləndirmiş olurlar. Bu isə onların daha planlı və sabit həyat tərzi sürməsinə şərait yaradır.
Nəticədə həmin valideynlər övladlarına daha geniş imkanlar, zəngin öyrənmə mühiti və daha çox diqqət ayıra bilirlər. Mütəxəssislərin fikrincə, bu amillər uşaqların zehni inkişafına müsbət təsir göstərən əsas səbəblərdən biridir.
Aysel











































