Gecə klubuna getdi, son əyləncəsi oldu...

Gecə klubuna getdi, son əyləncəsi oldu...
SOSİAL
21:23 29.11.2018
4860
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda gecə klubunda qanlı hadisə törətməkdə təqsirləndirilən Müzəffər Sərxanbəyovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

AZXEBER.COM-un trend-ə istinadən məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Sərxanbəyov 6 il azadlıqdan məhrum edilib.

İttihama görə, Müzəffər Sərxanbəyov bu ilin may ayında Bakıda Bülbül prospektində yerləşən gecə klublarından birində əyləndikdən sonra tanımadığı şəxslərlə mübahisə edib və həmin şəxsi bıçaqlayıb.

O, Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə ittiham edilib.
OXŞAR XƏBƏRLƏR