Gecə klubunda baş verən davanın DETALLARI

Gecə klubunda baş verən davanın DETALLARI
SOSİAL
11:50 29.01.2022
476
Paytaxtın Nizami rayonunda "X-Life" gecə klubunda ərəb turistlərlə ölkə vətəndaşları arasında kütləvi dava baş verməsi barədə məlumat yayılıb.

DİN Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, insident ölkəmizə turist kimi gələn 4 nəfər Səudiyyə Ərəbistanı vətəndaşı arasında baş verib. Onlar arasında mübahisə isə gecə klubunda yox, obyektdən kənarda baş verib.

Mübahisə zamanı həmin şəxslər bir-birilərinə fiziki zor tətbiq etməyiblər. Hadisə zamanı xidmətdə olan olan Nizami RPİ-nin əməkdaşları onları ərazi üzrə 25-ci Polis Şöbəsinə dəvət ediblər. Şöbədə tərcüməçinin iştirakı ilə onların izahatları alınıb və turistlər bir-birilərindən şikayət etmədikləri bildiriblər. İzahatları alınandan sonra isə həmin şəxslər sərbəst buraxılıblar.
OXŞAR XƏBƏRLƏR