Gecə Qəzzada bir çox ərazi vurulub, ölənlər var

Gecə Qəzzada bir çox ərazi vurulub, ölənlər var
DÜNYA
09:30 17.11.2023
177
İsrail ordusunun blokadada olan Qəzza zolağının müxtəlif nöqtələrinə gecə boyu təşkil etdiyi hücumda ölən və yaralananlar olub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fələstinin "WAFA” xəbər agentliyinin məlumatına görə, İsrail qüvvələrinin Qəzza zolağının şimalındakı Cibaliye Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumlarda ən azı 11 fələstinli ölüb, bəziləri isə yaralanıb. 

İsrail döyüş təyyarələri və artilleriya bölmələri Qəzzanın Şeyx Ridav, Tuffah və Şucaiyye məhəllələri, Yaffa küçəsi, Qəzza şəhəri və Nezzale bölgəsini təsadüfi atəşə tutub. 

İsrailin Deyr əl-Bələhdəki Büreyc Qaçqınlar Düşərgəsini və Qəzza zolağının cənubundakı Rəfah şəhərində bir qrup köçkünü hədəf alması nəticəsində ölən və yaralananlar olub.

Gülay
OXŞAR XƏBƏRLƏR