Sevgilisi gözünün qarşısında qrup şəklində zorlanan oğlan buna dözməyərək özünü öldürüb.
AZXEBER.COM Milli.Az-a istinadla xəbər verir ki, Hindistanda 19 yaşlı oğlanın evindən asılmış halda cəsədi tapılıb.
Məlum olub ki, o, sevgilisi gözünün qarşısında təcavüzə məruz qaldığına görə özünü asıb.
Belə ki, sentyabrın 1-də gecə vaxtı sevgilisi ilə yarımtikiliyə gedən oğlanın qarşısına çıxan 2 nəfər onu tutub, döyüb, gözünün qarşısında sevgilisini zorlayıb. Buna dözməyən oğlan hadisənin səhəri gün intihar edib.