‘Gecəqonduların əraziləri halallıq yolu ilə alınmalıdır’ – Prezident İlham Əliyev

SİYASƏT
16:03 23.12.2013
2242

“O əraziləri halallıq yolu ilə almalıdırlar”.

Bakıda çoxmərtəbəli bina tikmək istəyən özəl şirkətlər şəhərin mərkəzində və ətrafındakı gecəqonduların sahibləri ilə anlaşaraq, halallıq yolu ilə o əraziləri satın almalıdırlar.
AZXEBER.COM SalamNews-a istinadən xəbər verir ki, bunu prezident İlham Əliyev bu gün “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın yekunlarına həsr olunmuş konfransda deyib.
Dövlət başçısı bildirib ki, paytaxtda göydələnlərin tikilməsi məhdudlaşdırılmalı, ictimai maraqlara cavab verən zonaların inşası genişləndirilməlidir.

OXŞAR XƏBƏRLƏR