"Gedənlər gəlməz, gələnlər qalmaz"

"Gedənlər gəlməz, gələnlər qalmaz"
KÖŞƏ
19:15 28.01.2011
2067

 

 Qərarın getməkdirsə,

dönməzsən geriyə.

-Dayan, - deyib, saxlamaq olmaz gedəni.

Gedirsənsə get məndən,

vaxt itirmədən.

Sellər dağdan daş qoparan kimi

yollar bir can aparar məndən,

qopub, ayrılarsan ürəyimdən.

Görünür, bir parçası olmusan ürəyimin.

Gedənə ağlamazlar.

Göz yaşı söndürməz

qovrulan ürəyin atəşini.

Alovlandırar içində,

nifrət tonqalını.

Nifrət qisasa alovlandırıb,

bürüyər ürəyini.

Getməyi var qonaq kimi gələnin,-

yolda olar bir ayağı.

Sən əlindən çəkərsən, yollar ayağından.

Sürükləyib aparar şeytanın ardınca.

 

Gedənlər gəlməz, gələnlər qalmaz.

OXŞAR XƏBƏRLƏR