Gədəbəydə 12 otaqlı evdə yanğın olub

Gədəbəydə 12 otaqlı evdə yanğın olub
SOSİAL
18:12 08.03.2024
200

Gədəbəydə 12 otaqlı evdə yanğın baş verib.

FHN-dən verilən xəbərə görə, rayonun Plankənd kəndində ümumi sahəsi 480 m² (hər mərtəbəsi 240 m²) olan ikimərtəbəli 12 otaqlı evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR