Gədəbəydə 31 yaşlı qadın bıçaqlandı - Əri saxlanıldı

Gədəbəydə 31 yaşlı qadın bıçaqlandı - Əri saxlanıldı
SOSİAL
22:40 15.08.2024
164
Gədəbəy rayon Şahdağ kəndində qadın bıçaqlanıb.

"Qafqazinfo”nun məlumatına görə, hadisə şəxsi mübahisə zəminində baş verib.

Bıçaq xəsarətləri alan, 1993-cü il təvəllüdlü Tahirə İsgəndərova xəstəxanaya çatdırılıb.
Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, qısqanclıq zəminində hadisəni törətməkdə şübhəli bilinən, qadının əri 1977-ci il təvəllüdlü Mütəllim Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR