11:04 çərşənbə, 13 Noyabr 2019
SOSİAL

Gədəbəydə 4 maşının toqquşduğu dəhşətli qəzanın görüntüləri - VİDEO

17:05, 16.07.20198544
Gədəbəydə 4 maşının toqquşduğu dəhşətli qəzanın görüntüləri - VİDEO
Gədəbəydə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
 
AZXEBER.COM "Qafqazinfo”ya istinadla xəbər verir ki, qəza rayonun Zəhmət kəndində qeydə alınıb. Belə ki, Arıqıran kənd sakini 33 yaşlı Firdovsi Məmmədov "Niva” markalı avtomobillə hərəkətdə olarkən "Qazel” markalı yük maşınına çırpılıb, daha sonra "Vaz 2107” və "Vaz 21015” markalı avtomobillərə dəyib.

Qəza zamanı "Niva”nın sürücüsü və onun iki azyaşlı övladı xəsarət alıb.

Yaralılar Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib
 

XƏBƏR LENTİ