Gədəbəydə 87 yaşlı qadını yük avtomobili vurub

Gədəbəydə 87 yaşlı qadını yük avtomobili vurub
SOSİAL
23:24 30.07.2023
166

Gədəbəy rayonunun Saratovka kəndində piyadanı yük avtomobili vurub.

"Report”un Qərb bürosunun məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən 1936-cı il təvəllüdlü Qaraqız Məmməd qızı Cəfərovanı "KamAZ” markalı yük avtomobili vurub.

Piyada ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR