Gədəbəydə şagirdlərin dərsdə olmamasının səbəbi açıqlandı

Gədəbəydə şagirdlərin dərsdə olmamasının səbəbi açıqlandı
SOSİAL
18:57 04.10.2022
272
Gədəbəydə şagirdlərin dərsdə olmamasının səbəbi açıqlanıb.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən AZXEBER.COM-a verilən məlumata görə, Gədəbəy rayonu Arıqıran kəndində baş vermiş hadisə ilə bağlı araşdırma aparılıb, məktəb direktorunun izahatı alınıb.

İzahat əsasında məlum olub ki, həmin gün məktəbin yuxarı sinif şagirdləri, bir neçə müəllimi və məktəbin direktoru kəndin şəhidinin anım günü tədbirində olublar.

Məktəb Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb, gələcəkdə bu cür halların yaşanmaması üçün müvafiq tədbirlərin görüləcəyi bildirilib.
OXŞAR XƏBƏRLƏR