Gədəbəydə "VAZ" aşıb, xəsarət alanlar var.
Rayon sakini, 1985-ci il təvəllüdlü Elbəyi Cəfərovun idarə etdiyi "VAZ-21015" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində sürücü və onun həyat yoldaşı 1995-ci il təvəllüdlü A.Cəfərova, həmçinin azyaşlı övladları xəsarət alıb. Zərərçəkənlər öncə rayon xəstəxanasına, sonra Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Onların vəziyyəti qənaətbəxş və kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır./report