"Gedirəm Qarabağ həqiqətlərini Argentinaya çatdırım"

"Gedirəm Qarabağ həqiqətlərini Argentinaya çatdırım"
Bütün Xəbərlər
11:56 27.09.2011
1589
"Bakıya səfərimiz zamanı bizə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə obyektiv və ətaflı məlumat verilib"
Bunu Bakıda səfərdə olan Argentina Senatının üzvü, Argentina - Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Maria Roldin jurnalistlərə bildirib. O deyib ki, Argentina Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq prinsipləri çərçivəsində həllini dəstəkləyir: "Çox təəssüf edirəm ki, Argentinada münaqişə haqqında geniş məlumata malik deyillər. Lakin, mən Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri ölkəmdə keçirəcəyim görüş və müzakirələrdə diqqətə çatdıracağam". Argentina parlamentinin deputatı Roberto Monillerion isə vurğulayıb ki, Azərbaycanda sürətli inkişaf gedir. Hansı ki, o, Azərbaycanın bu qədər inkişaf edən ölkə olduğunu zənn etmirdi. O, Argentinada Azərbaycan ilə bağlı məlumatların az olmasına baxmayaraq, bu barədə daim söz açacağını söyləyib.
"Argentinanın Azərbaycanda səfirliyi ən yaxın zamanlarda açılacaq". Bu fikirləri isə Bakıda səfərdə olan Argentina Senatının üzvü Altero Vera bildirib. Onun sözlərinə görə, Argentina - Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvləri tam səy göstərəcək ki, Bakıda səfirlik açılması ilə bağlı hökumət siyasi qərar qəbul etsin. A.Vera deyib: "Azərbaycanın Cənubi Amerikada ilk səfirliyinin məhz Argentinada təsis etməsi ilə bağlı hökumətinizə dərin təşəkkürümü çatdırıram. Hesab edirəm ki, bu, ikitərəfli əlaqələrin inkişafı üçün çox vacib idi".
OXŞAR XƏBƏRLƏR