"Gələcəyə baxış” Avropaya İnteqrasiya İctimai birliyi Mingəçevir köçkün şəhərciyində tədbir keçirib

"Gələcəyə baxış” Avropaya İnteqrasiya İctimai birliyi Mingəçevir köçkün şəhərciyində tədbir keçirib
SOSİAL
15:42 21.08.2017
768

Qaçqın və məcburi köçkün əhalidə milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi naminə media ilə iş adlı layihə çərçivəsində Mingəçevir köçkün şəhərciyində tədbir keçirilib.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Gələcəyə baxış” Avropaya İnteqrasiya İctimai birliyi tərəfindən həyata keçirilir. Layihənin məqsədi barədə məlumat verən birliyin və layihənin rəhbəri Nəsibova Bəsti xanım qeyd edib ki, əsas məqsədimiz düşmən tapdağı altında olan torpaqlarımızı, Azərbaycanın bu əraziləri, milli-mənəvi dəyərləri, mədəniyyəti, adət-ənənəmizi gənclərə çatdıraq: "Azərbaycan Respublikasının ərazisinin 20%-nin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik tərbiyyəsi daha böyük aktuallıq tələb edir. Biz də bununla bağlı media ilə iş birliyi yaratmışıq ki, sosial şəbəkələrdə, televiziyalardan gənclər seyr edib bilsinlər ki, bizim orada hansı milli-dəyərlərimiz qaldı, Kəlbəcərdə, İstisuda maddi-mənəvi dəyərlərimizin qaldığını öyrənsinlər.”

Mingəçevir şəhər 18 saylı orta məktəbin direktor müavini Gülü Alməmmədova Kəlbəcər rayonunun adət-ənənələrindən, onların sahib olduğu milli-mənəvi dəyərlərdən bəhs edib. O, ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinə göstərdiyi qayğıdan bəhs edərək ədəbi dillə yanaşı, danışıq dilimizin də qorunmalı olduğuna diqqət çəkib. Onun sözlərinə görə, baca, soyuqluq, buxarik, hellan kimi Kəlbəcərdə işlənilən sözlər artıq müxtəlif şəhər və rayonlarda yaşayan kəlbəcərlilər tərəfəindən işlənmir.

Mehman Sədiyev isə dilimizin qorunmasının vacib olduğunu vurğulayaraq işlənilən sözlərin itməməsi üçün hərkəsin çalışmalı olduğunu deyib. O qeyd edib ki, qloballaşan dünyanın yad təsirlərindən dilimizi qorumaq həm yaşlı, həm gənc nəslin vəzifəsidir.

Tədbirə qatılan köçkünlər də söz alaraq belə layihələrin həyata keçirilməsini alqışlayıblar. Onlar qeyd ediblər ki, Qarabağın digər bölgələri də maddi-mədəni irsi,adət-ənənələri baxımından bir-birindən seçilir, fərqlənir. Hər birinin özünəməxsus toy adətləri, bayram ənənələri o bölgəni özünəməxsus edirdi.

Daha sonra çıxış edən Kəlbəcər rayon 1saylı orta məktəbin müəllimi İsmət Edilxanov da çıxışında sahib olduğu dəyərlərdən və onların hazırda itirilmə təhlükəsi ilə üz-üzə olmasından danışıb. O, bildirib ki, Kəlbəcərdə oynanılan Çövkan oyunu, Cıdır yarışları artıq gənclər arasında yaşadıqları yerlərdə keçirilmir. O. ərazilərimiz kimi dəyərlərimizi də erməni qəsbkarlarından qorumaq üçün bu ənənələrin gənclər arasında yayılmasına ehtiyac olduğunu vurğulayıb.

Layihə rəhbəri onu da vurğuladı ki, tədbirimiz Bakı ,Gəncə, Goranboy, Mingəçevir şəhərlərində keçirilib. Sonda Şəki şəhərində keçirildikdən sonra tədbir yekunlaşacaq.

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
UFC əfsanəsi Bakıya heyran qalıb: "Sadəcə, inanılmaz bir yerdir, möhtəşəm memarlığı var"
17:20 23.06.2025
UFC əfsanəsi Bakıya heyran qalıb: "Sadəcə, inanılmaz bir yerdir, möhtəşəm memarlığı var"
Bəhruz Səmədova 15 il həbs verildi
16:53 23.06.2025
Bəhruz Səmədova 15 il həbs verildi
Azərbaycanda ömürlük məhkumların sayı artıb - STATİSTİKA
16:49 23.06.2025
Azərbaycanda ömürlük məhkumların sayı artıb - STATİSTİKA
Dövlət Xidmətindən genişmiqyaslı məlumat sızması ilə əlaqədar XƏBƏRDARLIQ
16:45 23.06.2025
Dövlət Xidmətindən genişmiqyaslı məlumat sızması ilə əlaqədar XƏBƏRDARLIQ
ASGA Minsk şəhərində Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində növbəti tədbirini reallaşdırdı - FOTOLAR
16:42 23.06.2025
ASGA Minsk şəhərində Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində növbəti tədbirini reallaşdırdı - FOTOLAR
Elarizin qızı məhkəməyə çağırıldı
16:37 23.06.2025
Elarizin qızı məhkəməyə çağırıldı
Müharibəyə görə Azərbaycanda hansı məhsullar bahalaşacaq? - VİDEO
16:35 23.06.2025
Müharibəyə görə Azərbaycanda hansı məhsullar bahalaşacaq? - VİDEO
"Bizim publika buna hazır deyildi" - Aqil M.Quliyevin 10 illik layihəsi
16:35 23.06.2025
"Bizim publika buna hazır deyildi" - Aqil M.Quliyevin 10 illik layihəsi
Qaxın icra başçısının səlahiyyətlərini icra edən şəxs məlum oldu
16:29 23.06.2025
Qaxın icra başçısının səlahiyyətlərini icra edən şəxs məlum oldu
Qəzzada həlak olanların sayı 55 min 998-ə çatdı
16:24 23.06.2025
Qəzzada həlak olanların sayı 55 min 998-ə çatdı
"O boyda faciədən sonra sənətə onlara görə qayıtdım" - Xalq artisti
16:19 23.06.2025
"O boyda faciədən sonra sənətə onlara görə qayıtdım" - Xalq artisti
Peskov: “İrana yardım Tehranın ehtiyaclarından asılı olacaq”
16:16 23.06.2025
Peskov: “İrana yardım Tehranın ehtiyaclarından asılı olacaq”
İran ABŞ-ni təhdid etdi: 50 min əsgərinizi tabutda geri göndərəcəyik
16:13 23.06.2025
İran ABŞ-ni təhdid etdi: 50 min əsgərinizi tabutda geri göndərəcəyik
Netanyahunun arvadından İran xalqına müraciət: “Biz sizin düşməniniz deyilik”
16:11 23.06.2025
Netanyahunun arvadından İran xalqına müraciət: “Biz sizin düşməniniz deyilik”
Əsgərin 40 dərəcə hərarəti olubmuş... - Ölümü ilə bağlı həbs edilən var
16:00 23.06.2025
Əsgərin 40 dərəcə hərarəti olubmuş... - Ölümü ilə bağlı həbs edilən var
Bakıda "Grandmart" işçiləri arasında dava: Müdir işçini ürəyindən bıçaqladı
15:32 23.06.2025
Bakıda "Grandmart" işçiləri arasında dava: Müdir işçini ürəyindən bıçaqladı