Gələn ay Azərbaycanda yeni telekanal fəaliyyətə başlayacaq

Gələn ay Azərbaycanda yeni telekanal fəaliyyətə başlayacaq
MEDİA
16:55 12.09.2018
3512
Ötən il Milli Televiziya və Radio Şurasının qərarı ilə lisenziya verilən telekanalın yayım vaxtı məlum olub.

AZXEBER.COM xəbər verir ki, qurumun sədri Nuşirəvan Məhərrəmli Unikal.org-a açıqlamasında xatırladıb ki, Milli Televiziya və Radio Şurasının 28 dekabr 2017-ci il tarixli qərarı ilə "Türkel TV" MMC-yə ümürespublika televiziya yayımı üzrə ixtisaslaşmış (xəbər televiziyası) üçün müddətsiz lisenziya verilib.

MTRŞ sədri bildirib ki, ölkənin ixtisaslaşmış ilk ümumrespublika xəbər kanalı 2018-ci ilin oktyabr ayında fəaliyyətə başlayacaq. Bununla da respublika üzrə yayımlanan kanalların sayı 11-ə çatacaq.
OXŞAR XƏBƏRLƏR