Gələn ay bəzi bürclər üçün xoş sürprizlər, yeni imkanlar və sevindirici xəbərlərlə yadda qala bilər. Astroloji göstəricilərə görə, xüsusilə şəxsi həyat və maliyyə məsələlərində müsbət dəyişikliklər yaşana bilər.
Bəzi bürclər uzun müddətdir gözlədikləri bir xəbəri ala, bəziləri isə gözlənilməz bir fürsətlə qarşılaşa bilərlər.
İş və karyera sahəsində yeni təkliflərin gündəmə gəlməsi də istisna deyil.
Münasibətlərdə də canlanma gözlənilir. Subay olanlar yeni biri ilə tanış ola, münasibətdə olanlar isə partnyorundan xoş bir addım görə bilərlər.
Maddi baxımdan isə bəzi bürclər üçün rahatlanma dövrü başlaya bilər. Gözlənilməyən gəlir, əlavə qazanc imkanı və ya maliyyə ilə bağlı sevindirici xəbər gündəmə gələ bilər.
Astroloqların fikrincə, gələn ay xüsusilə Qoç, Əkizlər, Şir, Tərəzi və Oxatan bürcləri üçün daha uğurlu və hərəkətli keçə bilər. Bu bürclərin nümayəndələrini yeni başlanğıclar və sevindirici dəyişikliklər gözləyə bilər.
/metbuat.az











































