Milli Məclisin Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş xüsusi iclası keçiriləcək.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, toplantının fevralın 25-də baş tutması gözlənilir.
İclasda Xocalı soyqırımının soyqırımı cinayəti kimi tanınması ilə bağlı xarici ölkələrin parlamentlərinə və beynəlxalq təşkilatlara parlamentin müraciəti qəbul ediləcək.