Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək

Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək
DÜNYA
19:30 22.11.2024
258
Noyabrın 26-da Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək.

Bu barədə "Agence France-Presse” diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, iclasda Ukraynanın müdafiə sənayesi kompleksi (MSK) obyektinə qarşı yeni Rusiya raketinin tətbiqinin nəticələri müzakirə ediləcək.

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin "Yujmaş”a (A.M.Makarov adına "Cənub maşınqayırma zavodu") nüvəsiz hipersəs təchizatlı ballistik raket zərbəsi endirildiyini bildirib.
 
///report
OXŞAR XƏBƏRLƏR