Xaricdən Azərbaycana gəlmək istəyən vətəndaşların nəzərinə!

Xaricdən Azərbaycana gəlmək istəyən vətəndaşların nəzərinə!
SOSİAL
17:54 15.04.2020
2014
"Operativ Qərargah sərhədlərin açılması istiqamətində hər gün müzakirə aparır”. 

AZXEBER.COM-un "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.

O bildirib ki, artıq bütün dünyadan həftədə 300-400 Azərbaycan vətəndaşının gətirilib müayinə etmək imkanı yaranacaq: "Aprelin 17-də "evegedirem” portalı istifadəyə veriləcək. Xaricdə olan Azərbaycan vətəndaşları qeydiyyatdan keçərək növbəyə götürüləcək. İlk olaraq Rusiyada olan vətəndaşlara diqqət ayrılacaq. 

Aprelin 20-dən etibarən xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsinə başlanılacaq”.
OXŞAR XƏBƏRLƏR