Gələn ildən Azərbaycanda xizək sürmək mümkün olacaq
Bütün Xəbərlər
18:16 11.02.2012
1481
Gələn ildən Azərbaycanın Qusar rayonunda turistlər xizək sürə biləcəklər. Trend-in məlumatına görə, bunu şənbə günü Bakıda səfərdə olan Argentinanın turizm naziri Karlos Enrike Meyerlə görüşündə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.Qarayev bildirib ki, Azərbaycana gələn turistlərin sayı ilbəil artır."5 il əvvəl Azərbaycana 1 milyondan az turist gəlmişdisə, ötən il bu rəqəm 2 milyon 234 min nəfər olub. Azərbaycanda hər il 40-50 hotel inşa edilir. Hazırda 42 hotel tikilir", - Qarayev əlavə edib.