"Gəlin nə qədər də yaxşı olsa, yad qızıdır"- Oğlunu evləndirməyə hazırlaşan Tacir

"Gəlin nə qədər də yaxşı olsa, yad qızıdır"- Oğlunu evləndirməyə hazırlaşan Tacir
MAQAZİN
16:07 24.11.2025
140
"El-elə sığar, ancaq ev-evə sığmaz".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri "Qonaqcanlı" verilişində oğlunu evləndirəməyə hazırlaşan müğənni Tacir Şahmalıoğlu deyib.
 
Sabah oğluna nişan aparmağa hazırlaşan sənətçi, oğlu və gəlini ilə bir evdə yaşamayacaqlarını bildirib:
 
"El-elə sığar, ancaq ev-evə sığmaz. Oğlumla ayrı evlərdə yaşayacağıq, onun öz evi-eşiyi olacaq. Amma çox istəyərəm ki, günün bütün saatlarında birlikdə olaq. Səhər yenməyində bir masa ətrafında yığışaq, yeyək-içək, sonra yenə də hərə öz evinə, işinə-gücünə getsin. Ona görə də Şahmalının evini yaxından almışam, aramızda 15-20 metr məsafə var.
 
Bəzən görürsən söz-söhbət düşür, ailələr tez dağılır. Bax bunların çoxuna birlikdə yaşamaq səbəb olur. Çünki gəlin nə qədər də yaxşı olsa, yad qızıdır, başqa ailədən gəlib. İndi bizim sevimlimizdir, gəlinimdir, ona canım da quran olsun. Amma onlar ailə ola bilmək üçün tək yaşamalıdırlar".
 
Aysel

 

OXŞAR XƏBƏRLƏR