"Gəlin, neftin qiymətini qaldıraq" - Prezident kömək istədi

DÜNYA
16:20 20.01.2016
3473

Venesuela prezidenti Nikolas Maduro iranlı həmkarı Həsən Ruhani ilə telefon danışığı zamanı neftin qiymətinin əvvəlki səviyyəyə qaytarılması üçün ondan kömək istəyib.

Bu barədə  “El Universal”-a istinadən xəbər verir.

Bildirilib ki, Maduro neft bazarında qiymətlərin bərpa olunması üçün strategiyanın yaradılması məqsədilə OPEK ölkələrinin təcili iclasının keçirilməsi ideyasını dəstəkləyib.

Venesuela prezidenti eyni zamanda nüvə proqramı ilə əlaqədar Qərbin iqtisadi və maliyyə sanksiyalarının aradan qaldırılması münasibəti ilə Ruhanini təbrik edib.(AzVision.az)

OXŞAR XƏBƏRLƏR