Gəlini ilə sevişdi, oğlunu öldürdü - Azərbaycanda biabırçılıq

Gəlini ilə sevişdi, oğlunu öldürdü - Azərbaycanda biabırçılıq
SOSİAL
13:13 18.01.2017
40306
Sumqayıt Apellyasiya Məhkəməsində Quba rayon sakini Həsrət Əliyevin (1936-cı il təv.) CM-nin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) və 326.1-ci (rəsmi sənədləri tamah məqsədi və ya digər şəxsi niyyətlə oğurlama, məhv etmə) maddəlləri ilə şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

2015-ci il mayın 14-də hadisə yerinə baxış zamanı Quba rayonunun Hacıqayıb kəndində Həsrət Əliyevə məxsus 2 mərtəbəli fərdi evin arxa tərəfində yerləşən və istifadə olunmayan ayaqyolunun çalasının qazıntısi zamanı, torpaq altından, kürək hissədən üzü aşağı, iki hissəyə cırılmış uzunqol köynək, corab, əski, torbaya büklmüş və iplə sarınmış vəziyyətdə insan skeleti aşkarlanıb.

Məhkəmə-genetik ekspertizasının nəticəsindən görünüb ki, hadisə yerindən götürülmüş diş nümunələri Həsrət Əliyev və Minafər Əliyevanın kişi cinsindən olan bioloji övladına məxsusdur. Tibbi ekspertizanın rəyinə görə, təqdim olunan sümüklər 25-35 yaş hüdudlarında olan insana məxsusdur. Sümüklərdəki dəyişikliklərə görə onların basdırılma müddəti 10-15 il əvvəlki vaxta uyğun gəlib. Kəllədəki sümüklərin sınıqları küt əşyanın təsirindən əmələ gəlib, mərhuma ən azı 5 zərbə endirilib, xəsarətlər baltanın küp hissəsi yaxud da cəkiclə yetirilib. Ölümünə - başın küt travması nəticəsində beyin toxumasına qansızma səbəb olub.

İbtidai araşdırma zamanı məlum olub ki, Həsrət Əliyev 2001-ci il sentyabrın 20-də Quba RPŞ-nə ərizə ilə müraciət edərək, 1970-ci il təvəllüdlü oğlu Elman Əliyevin ayın 19-dan evdən xəbərsiz RF-na getməsi və hal-hazıra kimi ondan bir xəbər olmamasını bildirib. 
Mayın 29-da cinayətin törədilməsində şübhəli bilinən mərhumun arvadı Yeganə Ərəbova, səhərisi gün isə atası Həsrət Əliyev saxlanılaraq, dindiriliblər.

Toplanmış sübutlardan görünüb ki, cinayət hadisəsi üstündən 13 il 8 aydan artıq müddət keçdikdən sonra açılıb. Bu müddət ərzində mərhum Elman Əliyevin qohumları və həmkəndliləri onun Rusiyaya getdiyini və ailə üzvləri ilə əlaqə saxlamadığını zənn ediblər. 

İstintaqla müəyyən edilib ki, Həsrət Əliyev arvadı Minafər, oğlu Elman, gəlini Yeganə Ərəbova və azyaşlı nəvəsi Ravidlə birlikdə Hacıqayıb kəndində yaşayıb. 2001-ci ilin iyul ayından etbarən, gəlinindən qadın kimi xoşu gəldiyinə görə, ona olan intim hisslərini nümayiş etdirib. 

Oğlu Elman onun bu davranışından hamilə vəziyyətdə olan Yeganəyə əxlaqsız niyyətlə yanaşmasından şübhələnərək, sonuncudan atasına qulluq göstərməməyi, onunla təklikdə qalmamağı tələb edib və evdə ailə başçısı kimi nüfuz sahibi olan Həsrət Əliyevə kobud cavablar qaytarmaqla, habelə apardıqları ümumi təsərrüfat işləri üzrə verdiyi tapşırıqlarının icrasından imtina edib. Bu müddətdə arvadı ilə də münasibəti pisləşib, iş o yerə çatıb ki Elman Yeganəni evdən qovmaq istəyib. Özünə yaxın bildiyi Ərəbovanın çıxıb, gedəcəyi təqdirdə, onunla yaxın münasibət yarada bilməyəcəyi qənaətinə gələn, həmçinin övlad kimi Elmanın ona hörmətsizlik etməsindən əsəbiləşən Həsrət Əliyev, 2001-ci il sentyabrın 18-də gəlininə olan hisslərini bir daha açıqlayaraq, onunla birlikdə yaşamağı təklif edib, Yeganə və uşaqlarına himayədarlıq edəcəyini və əmlakını onun üçün saxlayacağını vəd edib. O oğlunu öldürmə niyyətində olduğunu, Elmanı öldürdükdən sonra onun Rusiyaya getməsi barədə yalan məlumat yaymaqla, geyim paltarlarını və adına olan rəsmi sənədləri yandırıb, məhv edilməsi barədə Ərəbova ilə razılığa gəlib. Sentyabrın 19-da digər ailə üzvləri evdə olmadığı zaman Elman Əliyevi öldürmək qərarına gəliblər. Bu məqsədlə Həsrət Əliyev saat 24 radələrində evin həyətindən olan baltanı əlinə alıb, arxasında gizlədərək yaşadıqları evin 1-ci mərtəbəsinə daxil olub və oğlunu səsləməyə başlayıb. Elman 2-ci mərtəbədən aşağı endikdə, o ailələrinə məxsus alma bağına nəzarət etmək üçün ora getməyi tapşırıb, lakin sonuncu atasının tapşırığına növbəti dəfə əməl etməyərək, gecə vaxtı bağa getməkdən imtina edib. 

Elman sözünü deyib, dönüb ordan uzaqlaşarkən Həsrət Əliyev arxasında gizlətdiyi baltanın küp hissəsi ilə onun ənsə və gicgah nahiyyələrindən ardıcıl zərbələr vuraraq, sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirib. Elman Əliyev üzü üstə yerə yıxıldıqdan sonra, balta ilə onun kürəyindən də zərbələr endirib. Sonra oğlunu arxası üstə çevirən ata cəkiclə onun qabırğalarından bir neçə zərbə vurub. Törətdiyi cinayətin izini gizlətmək məqsədi ilə, aralarında olan razılığa əsasən Yeganə ərinin əynindəki paltarları çıxardaraq meyiti bükmək üçün mələfə gətirib. Paltarları, ayaqqabılarını və pasportunu həyətdə ocaq qalayıb, yandırmaqla qəsdən məhv edib. Həsrət Əliyev baltanın kəsici hissəsi ilə mərhumun boğaz nahiyyəsindən başın bədəndən ayrılmasına səbəb olan zərbə endirib. Daha sonra onlar meyiti ağ mələfəyə bükərək, üstünü sintetik materialdan olan iplərlə bağlayıblar və köməkləşib, birgə cəsədi evin arxasına aparıblar. Orda onu ayaqyolunun çalasına atıb, üstünü torpaq və ağac parçaları doldurmaqla, Elman Əliyevi qəsdən öldürüblər. 

Məhkəmə prosesində təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli hesab etməyiblər. 

Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə Həsrət Əliyev 14, Yeganə Ərəbova 13 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar. 

Hökmdən məhkum H.Əliyev barəsində bəraət xahişi ilə apellyasiya şikayəti verib.

Sumqayıt Apellyasiya məhkəməsi işin hallarını araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb./aktual.az/

Azərbaycanda BİABIRÇILIQ: Gəlini ilə sevişdi, oğlunu öldürdü (+18 FOTOLAR)

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Toyu olacaqdı, bəylik kostyumu evdə qaldı" - Məsciddə öldürülən gənclə bağlı təfərrüatlar
15:40 28.07.2025
"Toyu olacaqdı, bəylik kostyumu evdə qaldı" - Məsciddə öldürülən gənclə bağlı təfərrüatlar
Sabah yağış yağacaq, şimşək çaxacaq
15:31 28.07.2025
Sabah yağış yağacaq, şimşək çaxacaq
Rusiya: Ukrayna probleminin həllində göstərdiyi təşəbbüslərə görə Türkiyəyə minnətdarıq.
15:29 28.07.2025
Rusiya: Ukrayna probleminin həllində göstərdiyi təşəbbüslərə görə Türkiyəyə minnətdarıq.
Milli Qəhrəmanın qardaşı: Anam son nəfəsində Natiqin yanına gedəcəyini dedi
15:18 28.07.2025
Milli Qəhrəmanın qardaşı: Anam son nəfəsində Natiqin yanına gedəcəyini dedi
DİN əməliyyat keçirib, 24 kiloqram natrkotik aşkarlanıb
15:14 28.07.2025
DİN əməliyyat keçirib, 24 kiloqram natrkotik aşkarlanıb
Elçin "SYD"ni təqdim etdi - VİDEO
15:05 28.07.2025
Elçin "SYD"ni təqdim etdi - VİDEO
"Əri ola-ola başqa kişilərin hesabına irəliləyən məşhurlardan fərqli olaraq..." - Tolik Nigari müdafiə etdi
15:03 28.07.2025
"Əri ola-ola başqa kişilərin hesabına irəliləyən məşhurlardan fərqli olaraq..." - Tolik Nigari müdafiə etdi
Sosial ödəniş alanlara şad xəbər
14:52 28.07.2025
Sosial ödəniş alanlara şad xəbər
Yevlaxda 63 yaşlı kişi həmkəndlisini qətlə yetirdi
14:48 28.07.2025
Yevlaxda 63 yaşlı kişi həmkəndlisini qətlə yetirdi
"Hicab taxıb, bədənşəkilləndirmə etmək də günahdır" - Nigardan Fərqanəyə şok sözlər
14:48 28.07.2025
"Hicab taxıb, bədənşəkilləndirmə etmək də günahdır" - Nigardan Fərqanəyə şok sözlər
Prezident sabit aylıq tariflə bağlı dəyişikliyi təsdiqlədi
14:47 28.07.2025
Prezident sabit aylıq tariflə bağlı dəyişikliyi təsdiqlədi
Binəqədidə bir həftədir ki, asfaltın altından su çıxır, sakinlər narahatdır - VİDEO
14:22 28.07.2025
Binəqədidə bir həftədir ki, asfaltın altından su çıxır, sakinlər narahatdır - VİDEO
Yol polisi motosiklet, velosiped və skuter sürücülərinə çağırış etdi
14:05 28.07.2025
Yol polisi motosiklet, velosiped və skuter sürücülərinə çağırış etdi
Timberleykin Bakı konsertində nə qədər insan iştirak edib? - AÇIQLAMA
14:00 28.07.2025
Timberleykin Bakı konsertində nə qədər insan iştirak edib? - AÇIQLAMA
Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI
13:56 28.07.2025
Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI
Onlara da hərbi xidmətdən möhlət hüququ veriləcək
13:53 28.07.2025
Onlara da hərbi xidmətdən möhlət hüququ veriləcək