Gəlini tərəfindən baltalanan qadın xəstəxanada öldü

Gəlini tərəfindən baltalanan qadın xəstəxanada öldü
SOSİAL
22:03 04.08.2024
262
Daşkəsən rayon Xoşbulaq kəndində balta xəsarətləri alan qadın Gəncədə xəstəxanada dünyasını dəyişib. 

AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun məlumatına görə, 66 yaşlı  Tahirə Məmməd qızı Qurbanova müalicə aldığı xəstəxanada vəfat edib.

Xatırladaq ki, T. Qurbanovaya iyulun 27-də Xoşbulaq kəndində mübahisə zəminində balta ilə bir neçə xəsarətlər yetirilmişdi. Hadisəni törətməkdə şübhəli bilinən isə onun gəlini, 1982-ci il təvəllüdlü Səidə Həsənovadır. 

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR