"Gəlinim uzun illərdir evdən çıxıb gedib" - Əli Mirəliyev

"Gəlinim uzun illərdir evdən çıxıb gedib" - Əli Mirəliyev
MAQAZİN
12:58 06.10.2017
4967
ARB TV-nin "Səhər-Səhər" verilişində aparıcı Əli Mirəliyev gözlənilməz açıqlaması ilə hər kəsi təəccübləndirib.

Belə ki, müğənni heç zaman açıqlamadığı bir etirafı səsləndirmək istəyib:

"Demək istəmirdim, amma, deyəsən, deyəcəm. Gəlinim çıxıb gedib evdən, uzun illərdir. Uşaq mənim yanımdadır - Əli Mirəliyev Taleh oğlu. 14 yaşı var. Uşaq onun yanından qaçıb gəlib. Mənə dedi ki, baba, ora getmək istəmirəm. Ana uşağını görmək istəsəydi zəng edərdi. Heç paltarlarını verməyib. Sözümün canı, sabah bu uşaq böyüyəndə mənim qəbrimə yox, anasının yanına gedəcək. Oğlumu evləndirmədim ondan sonra".
 
 

OXŞAR XƏBƏRLƏR