Gəlinin qaynanadan biabırçı, tərbiyəsiz qisası - FOTO

DÜNYA
03:09 04.04.2015
11206

Hindistanda bu gəlin medianın "qəhrəman"ına çevrilib. Səbəb isə əcaibdir.

Daha doğrusu, gəlini "məşhurlaşdıran" onun qaynanasından biabırçı, tərbiyəsiz şəkildə qisas almasıdır.

Gəlin qaynanasına son bir il ərzində verdiyi çayın içinə pəşov etməkdə suçlanaraq tutulub.

Hindistanın mərkəzindəki Madhya-Pradeş ştatındakı İndor bölgəsində yaşayan 30 yaşlı Rekha Naqvanşi əri Dipakı sevdiyini, amma qaynanası, 55 yaşlı Ajit və qaynatası, 60 yaşlı Surajdan zəhləsi getdiyini deyib.

"Bu qadın bütün işlərimə qarışır, mənə gün verib, işıq vermir. Ərimin ev işlərində mənə yardım etməsini "aşağılanma" sayaraq yasaqlamışdı. Həmin gün də mətbəxə getdim. Məndən çay istədi. Hirslənmişdim. Çayın içinə pəşov etdim. Məni ərimə zorla ərə veriblər. Bu nikahdan çox narazıyam, çünki evdə məni kölə, qul kimi saxlayırlar. Ərim də mənə kölə kimi baxır", - Reqha Naqvanşi polis idarəsində verdiyi ifadəsində söyləyib.

Qaynanası gəlinin mətbəxdən uzun müddət gəlmədiyini görəndə sinirlənib. Qadın mətbəxə girəndə gəlinin aşağı çömələrək döşəməyə qoyulmuş çaydanın içinə pəşov etdiyini görüb.

Reqhanın rəfiqəsi, 32 yaşlı Aliya Kohli deyib: "Reqha nikahından çox narazıır. Qaynatası Surajla qaynanası Ajit onu sürəkli alçaldırlar. Hər gün Reqhaya ayaqlarını yudurdur, sonra ovxaladırlar. Reqha belə həyatdan bezib".

Dipak Naqvanşi bu olaydan sonra arvadını boşamaq qərarına gəlib.

milli.az

OXŞAR XƏBƏRLƏR