Hüquq müdafiəçisi Eynulla Fətullayev və blogger Emin Milli “facebook” sosial şəbəkəsində qırğına çıxıb.
AZXEBER.COM-un məlumatına görə, buna səbəb Eynulla Fətullayevin rəhbəri olduğu saytda Emin Millinin adından yazı verməsi olub. Yazı milli-shura.org saytına istinadən verilib və aşağıdakılar yazılıb: “Ötən ilin Mart ayında “Azadlıq” radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayılova və NİDA Vətəndaş Hərəkatının üzvü Əli Transmilli (İbadov) barədə intim video görüntülərin yayılması sosial şəbəkələrdə geniş müzakirə predmetinə çevrilmişdi.
Hadisə ilə bağlı araşdırmalar aparılsa da, konkret nəticələr əldə olunmadı. Həmin görüntülərin yayılmasından bir il ötsə də, ötən gün sosial şəbəkələrdə məlum video görüntülərin daha fərqli versiyaları yayılmağa başladı. Həmin intim görüntülərdə jurnalist Xədicə İsmayılova ilə gənc fəal Əli Transmilli arasında müxtəlif vaxtlarda yaşanan intim səhnələr yer alıb. Hadisə ilə bağlı həmin evin sahibi, hazırda Milli Şuranın Avropadakı işlərini koordinasiya edən Emin Millinin də fikirlərini öyrənmək istədik. Emin bəy məlum görüntülərdən xəbəri olduğunu desə də, bu barədə münasibət bildirməkdən çəkindi və sadəcə həmin görüntülərin demokratik düşərgənin ziyanına işlədiyini bildirməklə kifayətləndi:
“Təbii ki, həmin görüntülər məni də məyus etdi, çünki həmin evin sahibi mənəm. Və mən əgər bilsəydim ki, mənim evimdə o cür işlərlə məşğul olacaqlar, təbii ki, heç vaxt Xədicə İsmayılovaya evimin açarlarını etibar etməzdim. Çünki, həmin görüntülər Azərbaycanda demokratik düşərgənin ümumi mübarizəsinə zərbə vurmuş oldu.” Çox maraqlıdır ki, Emin Milli yazının ilk dərc olunduğu saytı deyil, Eynulla Fətullayevin rəhbəri olduğu saytları və tanınmış jurnalisti ittiham edib. O şəxsi “facebook” səhifəsində bunları yazıb: “Hərdən düşünürəm ki, bir insanı nə ilə qorxuzmalıdırlar ki, o belə iyrənc işlərlə məşqul olsun. Ola bilər ki, onu həbsdə zorlayıblar və qorxuzublar ki, onların dediklərini etməsə onun bu görüntülərini yaya bilərlər. Ona görə Eynullaya əsəbləşmək lazım deyil” O daha sonra dostlarına məsləhət görüb ki, jurnalistin saytını oxumasınlar: “Eynulla Fətullayevlə Facebookda dost olmaq iyrəncdir. Belələri mənim dost siyahımda olsa, onları siləcəm. Ona intervyu verən, onunla danışan insan sadəcə özünə hörmət eləmir. Onun yaratdığı saytlar da iyrəncdir. Onları oxuyub yayanları da dost siyahınan siləcəm. Məndən intervyu almadığı halda bu insan mənim adımnan yalanlar yayır. İnsanların intim həyatına girir,nakişilik edir. Mənim Eynullaya yazığım gəlir. İstəməzdim ki, kimsə onun aqibətini yaşasın. Bu statusdan bir neçə saat sonra Eynulla Fətullayevdən cavab gəlib. O Emin Millini görüşə çağırıb və deyib ki, görüşə gəlməyən nakişidir:
“Emin Milli adli blogger məni təhqir edib öz profilində. Hər şeydən öncə biz kişiyik. Mən bu təhqiri yeməyəcəm. Emin Milliyə yazdım indi: Birincisi kişi məktub vasitəsiylə söyüş söyməz, üzə deyər. İkincisi, yazdım ki, bilirəm Bakıya dönməkdən it kimi qorxursan. İstənilən şəhərin adını yaz, gəlim kişi kimi təkbətək söhbətimizi çözək. Amma yazmasa və gəlməsə, burdan deyirem, istənilən yerdə Emin Millini tapıb onu cəzalandıracam. Emin Milli binamus deyilsənsə, azacıq qeyrət qalıbsa mənə görüş yerini təyin ət. Gözləyirəm” Emin Milli isə Eynulla Fətullayevin bu sözlərinə cavab verməyib.
Bu gün isə Eynulla Fətullayev Berlinə Emin Millini axtarmağa getdiyini açıqlayıb. AZXEBER.COM-un məlumatına görə, jurnalist bu barədə Facebook-da yazıb: “Avqustun 8-də Berlinə yollanıram. Artıq biletimi aldım. Emin Millini yerin dibindən də olsa tapacam. Emin Milliyə telefonumu da göndərəcəm. Gəlməsə görüş yerinə, binamusun oğlu binamusdur...”
AZXEBER.COM