Gəmi batdı

DÜNYA
17:54 18.03.2014
959

Araşdırmalar zamanı batan gəminin Suriyadan Türkiyəyə qeyri-leqal mühacirlərinin daşıdığı məlum olub

Bu saatlarda Türkiyədə qanunsuz mühacirləri daşıyan gəmi batıb. ANS PRESS-in məlumatına görə, hadisə Türkiyənin Egey dənizi sahillərində baş verib.
Araşdırmalar zamanı batan gəminin Suriyadan Türkiyəyə qeyri-leqal mühacirlərinin daşıdığı məlum olub.
Deyilənlərə görə, qəza zamanı xeyli sayda insan ölüb. Lakin hələlik ölənlərin sayı və kimliyi barədə açıqlama verilmir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR