Yunanıstan sahil mühafizəsi Ukraynadan Türkiyəyə hərəkət edən gəmini saxlayıb.
AZXEBER.COM-un APA-ya istinadən verdiyi məlumata görə, Syerra Leone bayrağı altında üzən gəmiyə baxış zamanı onun göyərtəsində 20000 “Kalaşnikov” avtomatı aşkar edilib.
Bundan başqa, gəmidə digər silah-sursat da aşkarlanıb. İsgəndəruna hərəkət edən gəmi Yunanıstanın Rodos adasına göndərilib. Gəminin kapitanı və ekipajın yeddi üzvü həbs edilib.
![](/file/pic/xeber/2013-11-09/81110.jpg)
![](/file/pic/xeber/2013-11-09/81111.jpg)
![](/file/pic/xeber/2013-11-09/81113.jpg)