Qara dənizdə "Volgabalt 214” gəmisinin qəzaya uğraması nəticəsində itkin düşən Azərbaycan vətəndaşı, gəmi kapitanı Turbat Kamil oğlu İsmayılovun meyiti tapılıb.
AZXEBER.COM-un "Report”a istinadən verdiyi məlumata görə, onun meyiti suda gəminin göyərtəsində sıxılmış vəziyyətdə aşkar olunub.