Gənc alimin fəaliyyəti kitab halına salındı

MƏDƏNİYYƏT
12:50 30.07.2013
1793

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Cahid İsmayıloğlunun elmi-publisistik, ədəbi-bədii, ictimai fəaliyyətini əks etdirən kitab toplu halında, nəfis tərtibatda çap edilmişdir (Cahid İsmayıloğlu – 30. Bakı: Elm, 2013, – 488 s.).

“Elm” nəşriyyatı tərəfindən çap edilən kitabda müəllifin tədqiqatları, elmi-publisistik məqalələri, haqqında yazdıqları, rəylər, müsahibələr, bloq yazıları, şeir və hekayələri toplanmışdır. Bu yazılar 2000-ci ildən bugünə kimi olan bir dövrü əhatə edir. Kitabda geniş biblioqrafik göstərici də tərtib edilmişdir. “Ön söz”ün müəllifi f.e.n. dos. Qüdrət Cəfərovdur.

Kitabda toplanmış yazılarda dil tarixi, etnik tariximiz və dilimiz, gənclərin elmə marağının artırılması, dil problemləri, ədəbiyyatımızda Qarabağ problemi, müasir texnologiyalar və gənclərimizin həyatındakı rolu, ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının elmin bütün sahələrinə tətbiqi və s. mövzular diqqəti çəkir.

Kitabın elmi redaktorları prof. Qəzənfər Kazımov, dos. Qüdrət Cəfərov, rəyçiləri prof. Sevil Mehdiyeva, prof. İsmayıl Məmmədli, redaktorlar dr. Yılmaz Özkaya, yazar Cəlil Cavanşir, texniki tərtibat Davıdov Vladislav, fotoqraf Hüseyin Yalvaç, rəssam Fərdin Cəlalidir.

Bu, müəllin ikinci iri həcmli kitabıdır.

OXŞAR XƏBƏRLƏR