Gənc alimlər İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyirlər

Gənc alimlər İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyirlər
SİYASƏT
15:49 10.07.2013
1720

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) gənc alimlərin ümumi yığıncağı keçirilib.APA-nın xəbərinə görə, gənc alimlərin nailiyyətləri və problemləri, onlara göstərilən dövlət qayğısı barədə geniş məlumatlar AMEA-nın prezidenti akademik Akif Əlizadə, Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri professor Əli Həsənov və akademiyanın bütün elmi müəssisələrinin rəhbərlərinin diqqətinə çatdırılıb. Yığıncaqda AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin (GİİM) direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov akademiyanın gənc alimlərinin son 5 ildəki uğur və nailiyyətləri barədə hesabatla çıxış edib. O bildirib ki, gənc alimlər Azərbaycanda və xaricdə mötəbər beynəlxalq konfrans, seminar və layihələrdə iştirak edir, yüksək impakt faktorlu jurnallarda elmi məqalələr dərc etdirir. İ.Orucov qeyd edib ki, son illər Azərbaycan elmi gəncləşib: “Ölkəmizdə dissertasiya müdafiə edən, doktoranturaya daxil olan gənclərin sayı artmaqdadır. Azərbaycanda texniki elmlər sahəsində müdafiə edən gənclərin sayı az olsa da, humanitar sahədə müdafiə edən gənclərin sayı çoxdur”. İ.Orucov “Elm siyasəti haqqında” qanunun qəbulunun zəruriliyi vurğulayıb. GİİM-in rəhbəri bu sənədin gənc alimlərin sosial problemlərinin həlli, o cümlədən fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələrinə görə verilən əlavə vəsait məbləğinin, həmçinin ekspedisiyalara ayrılan maliyyənin artırılmasına müsbət təsir göstərəcəyinə ümid etdiyini deyib. İ.Orucov Elm Gününün təsis olunmasının da əhəmiyyətini vurğulayıb, bu barədə dövlətə müraciətin zəruriliyini ifadə edib. Natiq alimlərin mənzil təminatının da aktual problemlərdən olduğunu deyib. O qeyd edib ki, elmi dərəcəsi olan şəxslər güzəştli ipoteka krediti almaq imkanından lazımınca yararlana bilmirlər. Prezidentin Ehtiyat Fondundan vəsait ayrılması alimlər üçün çoxmənzilli binanın tikilməsi probleminin həllində yardımçı ola bilər. İ.Orucov doktorantura və magistratura müddətində oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi təşəbbüsünü də irəli sürərək, bunun elmin inkişafı üçün əhəmiyyətli olduğunu söyləyib. Tədbirin davamında AMEA prezidenti Akif Əlizadə çıxış edərək bildirib ki, Azərbaycanda modernləşmə istiqamətində həyata keçirilən ardıcıl siyasət özünün yeni intellektual səviyyəsinə qalxıb. Onun sözlərinə görə, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında intellektual sərvətin qorunması işində ölkə gəncliyinin üzərinə böyük vəzifələr qoyulur. Yığıncaqda bu il keçiriləcək prezident seçkilərində prezident İlham Əliyevin namizədliyini dəstəkləmək barədə gənc alimlər adından bəyanat, həmçinin ümumi yığıncaqla bağlı qərar layihəsi qəbul olunub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nazir Xankəndi və Xocalıda təhsil müəssisələrində olub
15:18 10.03.2026
Nazir Xankəndi və Xocalıda təhsil müəssisələrində olub
Nigar Camalla Samir Piriyevdən duet - VİDEO
15:18 10.03.2026
Nigar Camalla Samir Piriyevdən duet - VİDEO
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
15:09 10.03.2026
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
Abbas Əraqçi Türkiyəyə atılan raketlərin İrana aid olmadığını açıqladı
15:04 10.03.2026
Abbas Əraqçi Türkiyəyə atılan raketlərin İrana aid olmadığını açıqladı
Naxçıvanda  pirotexniki vasitələr satan şəxslər saxlanıldı
15:00 10.03.2026
Naxçıvanda pirotexniki vasitələr satan şəxslər saxlanıldı
ABŞ-İsrail və İran Müharibəsində 11-ci gün: Bölgədə daha hansı hadisələr baş verə bilər?
14:42 10.03.2026
ABŞ-İsrail və İran Müharibəsində 11-ci gün: Bölgədə daha hansı hadisələr baş verə bilər?
İranda yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
14:31 10.03.2026
İranda yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"