Gənc ana doğum evindən körpəsini ərzaq paketində çıxarıb – VİDEO

DÜNYA
00:46 07.04.2015
2264

Uşağın səsini şahidlər də eşidiblər.

Yaroslavda (Rusiya) polislər qəribə bir hadisənin səbəblərini araşdırırlar: marşrut avtobusunun sərnişini körpəsini ərzaq paketində daşıyırmış, Oxu.Az NTV-yə istinadən xəbər verir.Uşağın ağlamasını şahidlər eşidiblər. Bu hərəkəti çox pis qarşılayan insanlar avtobusu dayandırmağı tələb ediblər və dərhal polis çağırıblar. Ana isə uşaqla guya hər şeyin qaydasında olduğunu söyləyib.Rusiya DİN-nin Yaroslav vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin Marina Kokuyeva:

“Hadisə yerinə dərhal polislər gəliblər. Lakin qadın polis əməkdaşlarına heç bir şeyi izah edə bilməyib, üzərində sənəd olmayıb. Hazırda uşaq anası ilə birlikdə müalicə müəssisəsindədir. Polis əməkdaşları yoxlama aparırlar”.

Məlum olub ki, uşaq bir həftə əvvəl dünyaya göz açıb. Ana onu doğum evindən bu şəkildə çıxarıb. Uşaqla amansız rəftarına görə anaya cinayət işi açıla bilər. Maddə 3 ilədək azadlıqdan məhrum etmə yaxud 100 min rubl məbləğində cərimə nəzərdə tutur.

OXŞAR XƏBƏRLƏR